AZ

BDYPİ istirahət və səfər məqsədilə yola çıxan sürücülərə müraciət edib

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 1 noyabr, AZƏRTAC

Həftəsonları paytaxt və bölgələr arasında intensiv hərəkət müşahidə olunur. İstirahət və səfər məqsədilə yola çıxan sürücülərin sayının artması nəticəsində magistral və əsas avtomobil yollarında nəqliyyatın sıxlığı artır, bu isə qəza riskinin yüksəlməsinə səbəb olur.

Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) verilən məlumatda bildirilib.

Qeyd olunub ki, hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə respublika ərazisində nəzarət-profilaktik tədbirlər gücləndirilib, patrul xidmətinin fəaliyyəti daha da intensivləşdirilib.

“Bununla belə, müşahidələr göstərir ki, bəzi hallarda sürücülər tərəfindən qaydalara əməl olunmaması, tələskənlik və diqqətsizlik nəticəsində ağır yol-nəqliyyat hadisələri baş verir. Bu cür halların qarşısını almaq səfərə çıxmazdan əvvəl avtomobilin texniki sazlığını yoxlayın, nasaz nəqliyyat vasitəsi ilə yola çıxmayın, sürət həddinə və ötmə-manevretmə qaydalarına ciddi riayət edin. Hərəkət zamanı hava şəraitini və yolun vəziyyətini nəzərə alın, uzun məsafələrdə fasilələrlə hərəkət edin, yorğun və yuxusuz halda sükan arxasına əyləşməyin”, - deyə müraciətdə bildirilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
27
azertag.az

10Mənbələr