İran ABŞ və İsrail tərəfindən bombalanmış nüvə obyektlərini yenidən inşa edəcək.
Aznews.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian bildirib.
"Alimlərimizin şüurundadır və (ABŞ və İsrail - red.) binaları (nüvə obyektlərini - red.) və zavodları məhv etməklə (Tehrana - red.) problemlər yaratmayacaqlar. Biz bu binaları yenidən inşa edəcəyik və onların imkanları daha böyük olacaq", - deyə Prezident Administrasiyasının rəsmi "Telegram" kanalı prezidentin sözlərini yayıb.
Xatırladaq ki, İsrail iyunun 13-ü gecə İrana qarşı əməliyyata başlayıb, onu gizli hərbi-nüvə proqramını həyata keçirməkdə ittiham edib. Hava bombardmanları və hücumlarının hədəfləri nüvə obyektləri, generallar, görkəmli nüvə fizikləri və aviabazalar olub.