AZ

İsrail terrorçularla bağlı ölüm cəzasını qanuniləşdirir

İsrail Knessetinin Milli Təhlükəsizlik Komitəsi terrorçular üçün ölüm cəzasını tətbiq edən qanun layihəsini birinci oxunuşda təsdiqləyib.

"Unikal" xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat dərc edib. 

"Milli Təhlükəsizlik Komitəsi terrorçular üçün ölüm cəzasını tətbiq edən qanun layihəsini birinci oxunuşda təsdiqləyib", - məlumatda deyilir. Knesset qanun layihəsini 2023-cü il martın 1-də ilkin oxunuşda təsdiqləyib. Qanun layihəsi hökumət koalisiyasına daxil olan ifrat sağçı Yəhudi Gücü partiyasından olan MK Limor Son Har-Meleç tərəfindən təklif edilib.

KİV-in yazdığına görə, qanun layihəsi “qəsdən və ya biganəlik üzündən İsrail vətəndaşının ölümünə səbəb olan, irqçi motivlər və ya müəyyən qrupa qarşı nifrətlə törədildikdə” ölüm cəzasını nəzərdə tutur.

Gülayə Mecid 

Seçilən
28
unikal.az

1Mənbələr