AZ

“Qarabağ” öz meydanında “Çelsi” ilə heç-heçə edib - YENİLƏNİB

“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirib.

APA xəbər verir ki, Ağdam təmsilçisi Bakıda “Çelsi”ni qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşmada qalib müəyyənləşməyib - 2:2.

***

Çempionlar Liqası çərçivəsində keçirilən “Qarabağ” və “Çelsi” komandaları arasındakı oyunda hesab bərabərləşib.

APA xəbər verir ki, görüşün 53-cü dəqiqəsində rəqibin heyətində Qarnaço fərqlənib.


***

Çempionlar Liqası çərçivəsində keçirilən “Qarabağ” və “Çelsi” komandaları arasındakı oyunda Ağdam təmsilçisi önə keçib.

APA xəbər verir ki, qarşılaşmanın 39-cu dəqiqəsində Yankoviç penaltidən fərqlənib.


***

Çempionlar Liqası çərçivəsində keçirilən “Qarabağ” və “Çelsi” komandaları arasındakı oyunda hesab bərabərləşib.

APA xəbər verir ki, qarşılaşmanın 29-cu dəqiqəsində "Qarabağ"ın heyətində Leandro Andrade fərqlənib.

***

Çempionlar Liqası çərçivəsində keçirilən “Qarabağ” və “Çelsi” komandaları arasındakı oyunda hesab açılıb.

APA xəbər verir ki, görüşün 16-cı dəqiqəsində rəqibin heyətində Estevao fərqlənib.

***

UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turu çərçivəsində Bakıda keçirilən “Qarabağ” və “Çelsi” arasındakı oyun başlayıb.

APA xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan görüşü Avstriyadan olan hakimlər briqadası idarə edir.

Seçilən
5
10
apa.az

10Mənbələr