AZ

Bakıda Zəfər yürüşü keçirilir

Bakı. Trend:

Bakıda Zəfər Gününün beşinci ildönümünün qeyd olunmasımünasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlərkeçirilir.

Trend xəbərverir ki, Zəfər yürüşlərindən biri Qəzənfər Musabəyov parkındanstart götürüb.

Əbdürrəhim Bəy Haqverdiyev küçəsi, Hüseyn Cavid prospekti,Hüseyn Cavid parkı, Parlament prospekti istiqamətində davam edənyürüş Şəhidlər Xiyabanında sona çatacaq.

Məlumat üçün bildirək ki, yürüşlər Azərbaycan Respublikasınınmüdafiə nazirinin təsdiq etdiyi plana əsasən təşkil edilir.

Əlavə edək ki, 8 noyabr tarixi Azərbaycanda Zəfər Günü kimi qeydedilir.

Qeyd edək ki, hazırda bundan əlavə Bakıda Şəhidlər xiyabanı - "AlovQüllələri" Kompleksi - "İçərişəhər" metrosu - Qala Qapısı -Azərbaycan Dövlət Kukla teatrı - Azneft dairəsi - Bəhram Gurheykəli, eləcə də "Olimpik Star" İdman və Əyləncə Mərkəzi - SəmədVurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - Heydər ƏliyevSarayı - İmadəddin Nəsimi heykəli - Neftçilər prospektiistiqamətlərində də yürüşlər keçirilir.

Məqalədə:
Seçilən
8
11
az.trend.az

10Mənbələr