AZ

Milli komandamız daha 2 medal əldə edib - FOTO

Fransanın paytaxtı Parisdə keçirilən cüdo üzrə veteranlar arasında dünya çempionatında milli komandamız daha iki medal əldə edib. SİA-nın verdiyi məlumata görə, M5 yaş kateqoriyasında Mövlud Mirəliyev bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. -100 kq çəki dərəcəsində qüvvəsini sınayan usta cüdoçumuz finalda braziliyalı Joao Santuşu məğlub edərək üçüncü dəfə dünya çempionu olub.

M6 yaş kateqoriyasında mübarizə aparan Azər Əsgərov (-100 kq) isə bürünc mükafata yiyələnib. Təmsilçimiz üçüncü yer uğrunda görüşdə fransalı Tyerri Lefevrə qalib gəlib.

Hazırda aktivində 1 qızıl və 4 bürünc medal olan yığmamız 65 ölkə arasında komanda sıralamasında 12-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, daha əvvəl Qurban Məmmədli (M2, +100 kq), Vüqar Babayev (M3, -66 kq) və Zaur Bağırov (M4, +100 kq) mundialın bürünc medalını qazanıblar.

Müəllif: Ziya Hikmətoğlu
Seçilən
19
6
sia.az

10Mənbələr