AZ

® “Trendyol” ilin ən böyük endirim kampaniyasına başlayır: NOYABR20 koduna 20 faiz endirim

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Dünyanın aparıcı elektron ticarət platformalarından biri və Türkiyənin əsas e-ticarət platforması “Trendyol” ilin ən böyük endirim kampaniyasına başlayır. Hər il noyabr ayında keçirilən “Super alış-veriş günləri” bu il 6-11 noyabr tarixlərini əhatə edəcək.

Kampaniya məişət cihazlarından ev və mətbəx əşyalarına, moda və geyimdən baxım məhsullarına qədər 1500-dən artıq kateqoriyaya daxil olan məhsullara böyük endirimlər təqdim edir. “Super alış-veriş günləri” çərçivəsində müştərilər NOYABR20 kodu ilə 20 faiz endirimdən yararlana bilərlər. Üstəlik müxtəlif mağazalar kampaniya günlərində xüsusi endirimlər, eləcə də 20 faiz, 30 faiz və 40 faizlik endirim kuponları təqdim edir. Kampaniya alış-veriş səbətinə tətbiq edilən özəl endirimlərlə də alış-veriş həvəskarlarını sevindirəcək.

Noyabrı onlayn alış-veriş həvəskarları üçün unudulmaz edən “Trendyol”un fürsətləri bununla bitmir. “Ultra Çarx” və “Paylaş-Qazan” adlı interaktiv aksiyalar noyabr kampaniyasında müştərilərə əlavə kuponlar və bonuslar qazandırmağa davam edəcək.

Kampaniya dövründə “Trendyol” istifadəçiləri daha rahat ödəmə üsullarından yararlana biləcəklər. “Birbank” taksit kartı sahibi olan müştərilər ödəmələrini 2, 3, 6 hissəyə bölməklə və ya “İndi al, sonra ödə” imkanından istifadə etməklə həyata keçirə bilərlər.

Bununla yanaşı, kampaniya günlərində ilk 3 sifariş üçün çatdırılma pulsuz olacaq.

Kampaniyanın reklam üzü Türkiyənin sevilən pop ulduzu Edisdir.

“Trendyol” bu endirim festivalını “Noyabr deyəndə Trendyol” şüarı ilə təqdim edir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
19
azertag.az

10Mənbələr