AZ

Talıbovun yaratdığı daha bir qurum ləğv edildi

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Naxçıvan Muxtar Respublikasında daha bir dövlət qurumu ləğv edilib.

Globalinfo.az bildirir ki, Modern.az-ın əldə etdiyi məlumata görə, Muxtar Respublikanın Dövlət Energetika Xidməti ləğv olunub.

Qeyd edək ki, qurum 2017-ci ildə Naxçıvan Ali Məclisinin sabiq rəhbəri Vasif Talıbov tərəfindən yaradılmışdı. Əsas vəzifəsi elektrik enerjisi istehsalı, ötürülməsi, elektrik enerjisi təchizatı və realizə edilməsi sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirmək idi.

Xatırladaq ki, Prezident İlham Əliyevin ötən il imzaladığı sərəncama əsasən Naxçıvanda elektrik enerjisi təchizatını “Azərişıq” həyata keçirəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
18
globalinfo.az

10Mənbələr