AZ

“İki ayın gəlini idi, yatdığı yerdə 5 patron boşaldıb”

Xəbər verdiyimiz kimi, Şamaxıda Gültəkin Tağıyeva adlı qadın odlu silahla qətlə yetirilib.

Publika.az xəbər verir ki, qətldə qadının həyat yoldaşı Pərviz Tağıyev şübhəli bilinir.

G.Tağıyevanın babası bildirib ki, nəvəsi iki ay əvvəl ailə qurubmuş:

“Qız zəng edib ki, döyüb-öldürür məni. Gedib uşağı götürüb gəlmişik. Əşyalarını dünən götürüb gəlib. Bu gün səhər anası qapını bağlıyıb gedib. Uşaq yatdığı yerdə gəlib daraqda 8 patron olub, 5 dənəsini boşaldıb. Belə Allahsızlıq, müsibət olmaz. İki ayın gəlini idi”.

O da bildirilib ki, cütlük dayıqızı- bibioğlu imiş.

Seçilən
5
16
publika.az

10Mənbələr