Bakı. Trend:
Noyabrın 30-dək Leonid meteor yağışı aktiv olacaq. Onun pik dövrü17–18 noyabr gecəsi gözlənilir. Orta aktivlik dövründə saatdatəxminən 15–20 meteor müşahidə edilə bilər.
Bu barədə Trend-ə Bakı Dövlət Universitetinin (BDU) Fizikafakültəsinin Astrofizika kafedrasından məlumat verilib.
Bildirilib ki, Leonidlər əsrlərdir astronomları vəmüşahidəçiləri heyran edən ən möhtəşəm meteor yağışlarındanbiridir. Adını Şir (Leo) bürcündən götürür. Bu yağışın mənbə cismiTempel–Tuttle kometidir. Hər 33 ildən bir Yer kometin yeniburaxdığı hissəcik buludunun içindən keçəndə Leonidlər “meteorfırtınası” yarada bilir. Bu zaman saatda minlərlə meteor müşahidəolunur. Leonidlərin meteorları çox sürətli olur – sürətləritəxminən 71 km/saniyədir. Bu, onları göydə ən sürətli meteoryağışlarından birinə çevirir. Onların işıq izləri uzunmüddətliolur, bəzən yaşıl, mavi və ağ rəng çalarlarında görünür.Leonidlərin ən möhtəşəm tərəfi isə onların tarixi fırtınalarıdır.1833-cü ildə müşahidəçilər səmada saatda təxminən 100 000 meteorgörmüşdülər. Bu hadisə “meteor yağışı” anlayışını dünyaya tanıdanən güclü təbiət hadisələrindən biri olub. 2025-ci ildə belə fırtınagözlənilmir, amma Leonidlər öz parlaq və sürətli “ulduz yağışı” iləhələ də ən sevilən meteor yağışlarından biri olaraq qalır.