AZ

Noyabrın 9-da havanın temperaturu dəyişəcək

Azərbaycanda noyabrın 9-na gözlənilən hava şəraiti açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən Metbuat.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 9-13, gündüz 17-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 millimetr civə sütunu, nisbi rütubət isə 75-85 faiz təşkil edəcək.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağıntılı və arabir duman olacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-13, gündüz 18-23, dağlarda gecə 1-5, gündüz 8-13 dərəcə isti olacaq.

Seçilən
3
49
metbuat.az

10Mənbələr