AZ

Avstraliyada Azərbaycanla Parlamentlərarası Dostluq Qrupu təsis edilib

Bakı. Trend:

Azərbaycanın Zəfər Günü münasibətilə Avstraliya FederalParlamentində Avstraliya–Azərbaycan Parlamentlərarası Dostluq Qrupurəsmi olaraq təsis edilib.

Trend xəbərverir ki, bu barədə Azərbaycanın Avstraliyadakı Səfirliyinin "X"hesabında paylaşım edilib.

Bildirilib ki, qrupun həmsədrləri aşağıdakılardır:

Mayk Frilander – Sağlamlıq, Yaşlılar və Əlillik üzrə DaimiKomitənin sədri (Əmək Partiyası)

Rik Uilson – Ticarət və İnvestisiya üzrə Birgə Daimi Komitəninsədr müavini (Liberal Partiya)

Qrupa həmçinin Senat Prezidenti Sue Lines, Aşağı Palata SpikeriMilton Dik və digər yüksək səviyyəli parlament üzvləridaxildir.

Qrupun yaradılması iki ölkə arasında parlamentar və diplomatikəməkdaşlığın gücləndirilməsinə xidmət edəcək və qarşılıqlıəlaqələrin inkişafına töhfə verəcək.

Məqalədə:
Seçilən
35
4
az.trend.az

10Mənbələr