AZ

Müdafiə naziri qəza yerinə getdi

ain.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyənin hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə bağlı ölkənin daxili işlər naziri Ali Yerlikaya rəsmi "X" hesabında paylaşım edib.

Modern.az xəbər verir ki, paylaşımda deyilir:

"Azərbaycan­dan ölkəmizə gəlməkdə olan Müdafiə Nazirliyimizə məxsus C130 tipli hərbi yük təyyarəmizin Gürcüstan–Azərbaycan sərhədində qəzaya uğraması xəbərini dərin kədər hissi ilə öyrəndim.

Axtarış-xilasetmə işləri davam edir. Gürcüstanın daxili işlər naziri cənab Gela Geladze ilə telefonla danışdım. Cənab nazir də hadisə yerinə yola düşüb.

Əziz millətimizə keçmiş olsun".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
47
modern.az

10Mənbələr