BAKI, 13 noyabr. TELEQRAF
Türkiyə Müdafiə Nazirliyi Gürcüstanda qəzaya uğrayan C-130 tipli hərbi yük təyyarəsi ilə bağlı yeni məlumatları açıqlayıb.
Qəza günü baş verənlər saatbasaat:
09:02
Noyabrın 11-də Hava Qüvvələrinin 12-ci Hava Nəqliyyatı Baş Komandanlığına məxsus 68-T1609 nömrəli C-130E təyyarəsi Kayseridən Azərbaycanın Gəncə şəhərinə heyət və yük daşımaq məqsədilə havaya qalxıb.
11:06
Təyyarə təhlükəsiz şəkildə eniş edib.
13:15
Zəfər Günü tədbirləri çərçivəsində Azərbaycanda uçuş həyata keçirən F-16-ların 10 nəfərlik texniki heyəti və müxtəlif texniki avadanlıqları daşıyan təyyarə Merzifondakı 5-ci Hava Nəqliyyatı Baş Komandanlığına qayıtmaq üçün 20 nəfərlik heyətlə saat 13:15-də yenidən havaya qalxıb.
13:50
Qalxdıqdan sonra, saat 13:50-də Tbilisi Hava Nəqliyyatı Nəzarət Mərkəzi ilə son rabitə əlaqəsi qurulub, bu andan sonra təyyarə ilə həm rabitə, həm də radar əlaqəsi itib. Müdafiə Nazirliyi xəbərdarlıq etdi ki, Tbilisi Hava Nəqliyyatı Nəzarət Mərkəzinin çağırışlarına cavab alınmayıb.
14:34
Saat 14:34-də təyyarənin Tbilisi şəhərinin cənubunda, Azərbaycan-Gürcüstan sərhədində naməlum səbəbdən düşdüyü bildirilib.
15:02
Hadisədən dərhal sonra Azərbaycan və Gürcüstan qurumları ilə koordinasiyalı şəkildə axtarış-xilasetmə əməliyyatları başlanıb. Eyni zamanda bölgəyə PUA göndərilib. Gürcüstan axtarış-xilasetmə komandaları saat 15:02-də təyyarənin qalıqlarına çatıb.
17:00
Komandaların araşdırma apara bilməsi üçün bölgə təhlükəsizliyə alınıb.
06:30
Türkiyənin göndərdiyi axtarış-xilasetmə komandaları Gürcüstan komandaları ilə koordinasiyalı şəkildə, 12 noyabr saat 06:30-da əhatəli axtarış-xilasetmə fəaliyyətlərinə başlayıblar.