AZ

Orqanizm üçün ən “zərərsiz“ spirtli içki açıqlandı

ain.az, Moderator.az portalına istinadən məlumat verir.

Nutrisioloqlar hesab edir ki, cin-tonik alkoqollu içkilər arasında orqanizm üçün ən "zərərsiz" içkidir.

Moderator.az bu barədə "The Daily Mail" nəşrinə istinadən xəbər verir.

Ekspertlərın fikrincə, cin-tonik aşağıkalorili və asan həzm edilə bilən olmasına görə ən yaxşı seçimdir. Bu içkinin bir porsiyası 100 kaloridən azdır. Nutrisioloqlar izah ediblər ki, eyni miqdarda şərab və ya pivədə daha çox kalori var.

Qeyd olunur ki, içkinin acılığı içmə sürətini yavaşladır və nəticədə sərxoşluq hissi daha yavaş yaranır. Mütəxəssislər qeyd ediblər ki, yüksəkkalorili içkilər əvəzinə cin-tonik içmək şəkər qəbulunu azaltmağa və qarın piylənməsindən uzaq olmağa kömək edə bilər.

Bununla belə, onun tərkibində hər hansı bir faydalı maddə olmadığı üçün mütəxəssislər cin-toniki də digər spirtli içkilər kimi az içməyi məsləhət görüblər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
132
33
moderator.az

10Mənbələr