“Bu günlər enerji daha sosial, harmonik və diplomatik olacaq”.
Tribunainfo.az xəbər verir ki, bu sözləri azərbaycanlı astroloq Aytən Salami bildirib.
Astroloqun tövsiyəsinə görə, konfliktdən qaçmayın. Amma hər iki tərəfi anlayaraq danışın. Evdə və ya özünüzdə kiçik gözəllik dəyişiklikləri əhvalınızı yüksəldə bilər.
A. Salami qeyd edib ki, həftənin ortası Ay Əqrəb bürcündə olanda, emosiyalar dərinləşəcək. Gizli mövzular üzə çıxa bilər. Maliyyə və münasibətlərdə dönüşüm enerjisi yarana bilər. Tələsik qərar verməyin. Daxili hisslərinizi analiz edin. Lazımsız bağlılıqları buraxmaq üçün yaxşı vaxtdır.
Əqrəb Yeni Ay – qısa TƏSİR
Astroloq təsirlərdən bəhs edərək qeyd edib:
“Dəyişik, dönüşüm və yenilənmə enerjisi gətirir. Köhnə bağlardan azad olub daha güclü başlanğıclar etmək üçün güclü bir mərhələdir. Daxili qorxularınızı buraxın. Sizi yoran mövzulara son qoyun. Dərin niyyətlər qoymaq və həyatınızda dönüşüm yaratmaq üçün mükəmməl vaxtdır.
Həftə sonu ilə bağlı proqnoz verən Aytən Salami sonda qeyd edib:
“Ay Oxatan bürcündə olacaq. Enerji açılır, optimizm artır. Səyahət, bilik planlaşdırma və sərbəstlik mövzuları ön plana çıxır. Çölə çıxın, yeni yerlər görün, yeni ideyalarla ruhunuzu təzələyin. Gələcək üçün motivasiya verən planlar qurun”.
Dəniz Pənahova