AZ

Əməkdar artist Yadigar Muradovla vida mərasimi ləğv olundu

Əməkdar artist Yadigar Muradov ilə Şuşa Dövlət Musiqili Dram Teatrında keçirilən vida mərasimi ləğv olunub.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, onun nəşi dəfn edilməsi üçün Badamdar qəbiristanlığına aparılır.

Qeyd olunub ki, mərhumun ailəsi hava şəraiti ilə əlaqədar vida mərasiminin ləğv olunmasını istəyib.

***07:58

Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Əməkdar artist Yadigar Muradov vəfat edib.

Far.Az xəbər verir ki, bu barədə teatrın "Facebook" sosial media hesabında paylaşım edilib.

Bildirilib ki, o, müalicə aldığı xəstəxanada həyata gözlərini yumub.

Xatırladaq ki, səhhəti pisləşən Yadigar Muradov oktyabrın 4-də xəstəxanaya yerləşdirilmişdi.

Seçilən
17
14
far.az

10Mənbələr