Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) təhsil alan əcnəbi tələbələr üçün Dövlət Miqrasiya Xidməti tərəfindən miqrasiya qanunvericiliyinin təbliği məqsədilə tədbir keçirilib.
"Unikal" xəbər verir ki, universitetin Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələrlə iş şöbəsinin müdiri Mahir Məmmədzadə çıxış edərək bildirib ki, əcnəbi tələbələrə miqrasiya qaydaları ilə bağlı məlumat verilməsi çox vacibdir. Bu, onların ölkə qanunvericiliyinə düzgün şəkildə riayət etməsinə, viza və qeydiyyat kimi prosedurları vaxtında və problemsiz yerinə yetirməsinə kömək edir.
Sonra Dövlət Miqrasiya Xidmətinin əməkdaşları əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyatı, onlara Azərbaycan Respublikası ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazənin verilməsi qaydalarından bəhs ediblər.
Tədbirdə Azərbaycan Respublikasında əmək miqrasiyası və onun hüquqi tənzimlənməsi, miqrasiya sahəsində qanunvericiliyin tələblərinin pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan məsuliyyətlər haqqında da məlumat verilib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta