AZ

DÇ-2026-da pley-off mərhələsinin püşkü atıldı - Türkiyənin rəqibi müəyyənləşdi

DÇ-2026-nın seçmə mərhələsində pley-off oyunlarının püşkü atılıb.

Modern.az xəbər verir ki, İsveçrənin Sürix şəhərində keçirilən püşkatma mərasimində Türkiyə milli komandasının da rəqibi bəlli olub.

“Ay-ulduzlular” yarımfinalda Rumıniya seçməsi ilə qarşılaşacaq. Vinçenso Montellanın baş məşqçisi olduğu komanda yarımfinal görüşünü evdə keçirəcək. Türkiyə millisi rəqibini məğlub etsə, finalda Slovakiya – Kosovo cütünün qalibi ilə üz-üzə gələcək.

Qitələrarası pley-off mərhələsi

Yarımfinal

Yeni Kaledoniya – Yamayka

Boliviya - Surinam

Final

Konqo Demokratik Respublikası - Yeni Kaledoniya / Yamayka cütünün qalibi

İraq - Boliviya / Surinam cütünün qalibi

Avropa zonası üzrə pley-off mərhələsi

A yolu

Yarımfinal

1. İtaliya – Şimali İrlandiya

2. Uels - Bosniya və Herseqovina

Final

1-ci cütün qalibi – 2-ci cütün qalibi

B yolu

Yarımfinal

3. Ukrayna - İsveç

4. Polşa - Albaniya

Final

3-cü cütün qalibi – 4-cü cütün qalibi

C yolu

Yarımfinal

5. Türkiyə - Rumıniya

6. Slovakiya - Kosovo

Final

5-ci cütün qalibi – 6-cı cütün qalibi

D yolu

Yarımfinal

7. Danimarka – Şimali Makedoniya

8. Çexiya – İrlandiya

Final

7-ci cütün qalibi – 8-ci cütün qalibi

Pley-off mərhələsinin yarımfinal oyunları 2026-cı il martın 26-da, final görüşləri isə 31-də oynanılacaq. Yarımfinal və finallar bir matçdan ibarət olacaq, qaliblər dünya çempionatına vəsiqə qazanacaqlar. Final matçlarının ev sahibləri püşkatma ilə müəyyənləşəcək.

Qeyd edək ki, 48 ölkədən 42-si dünya çempionatına vəsiqə qazanıb. Son 6 iştirakçının adına məhz pley-off oyunlarından sonra aydınlıq gələcək.

Seçilən
14
5
modern.az

10Mənbələr