Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda:1. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;2. Bakı-Sumqayıt şosesi, metronun "20 Yanvar" stansiyası istiqamətində;3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;4. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən metronun "20 Yanvar" stansiyası istiqamətində;5. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;6. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;7. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;8. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;9. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;10. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;11. Mirzə Qədim İrəvani küçəsi, Koroğlu Rəhimov küçəsi istiqamətində;12. Mirzə Qədim İrəvani küçəsi, Xətai prospekti istiqamətində;13. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;14. Əbdülvahab Salamzadə küçəsi, "Qələbə" dairəsi istiqamətində;15. Binəqədi şosesi, metronun "Azadlıq prospekti" stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;16. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;17. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;18. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;19. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;20. Bakıxanov küçəsi, Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişmədən "Statistika" dairəsi istiqamətində;21. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;22. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən metronun "20 Yanvar" stansiyası istiqamətində;23. Tbilisi prospekti, metronun "20 Yanvar" stansiyasından mərkəz istiqamətində sıxlıq müşahidə olunur.