
Noyabrın 29-u, şənbə axşamından etibarən Rusiya qoşunları dronlarla Ukraynanın Kiyev vilayətinə hücum edib. Hücum nəticəsində dağıntılar var.
Reyting.az xəbər verir ki, bunu Kiyev Vilayət Hərbi Administrasiyasının (OVA) rəhbəri Nikolay Kalaşnik “Teleqram” kanalında bildirib.
Kalaşnikin məlumatına görə, rusların Vişqoroda hücumu nəticəsində bir nəfər həlak olub. Bir uşaq da daxil olmaqla 11 nəfər xəsarət alıb.
"Altı nəfər xəstəxanaya yerləşdirilib. Xilasedicilər çoxmərtəbəli bina sakinlərinin təxliyəsini və yanğının söndürülməsini davam etdirirlər", - məlumatda deyilir.
Qeyd olunub ki, xəsarət alanların sayı arta bilər.
Xatırladaq ki, Rusiya qoşunları 29 noyabr gecəsi və səhəri Kiyev və vilayəti hücumlara məruz qoyub.
E. KAMAL