ain.az, Axsham.az portalına istinadən məlumat yayır.
ABŞ-nin birinci xanımı Melaniya Tramp "Muse Films" adlı şəxsi prodüserlik şirkəti yaradır.
Axşam.az xəbər verir ki, bu barədə "Deadline" məlumat yayıb.
Xəbərlər "Amazon MGM Studios" tərəfindən Melaniya Tramp haqda çəkilən tammetrajlı sənədli filmin nümayişi ərəfəsində yayılıb.
Sənədli film Donald Trampın 2025-ci ildə keçirilmiş inauqurasiyasına qədərki 20 günü əhatə edir. Filmin icraçı prodüserləri Melaniya Tramp və Fernando Sulikin olub. Ekran işi 30 yanvarda təqdim ediləcək.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.