BAKI, 1 dekabr. TELEQRAF
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti “Santos”un hücumçusu Neymarın 2026-cı il dünya çempionatı üçün milli komandanın yekun heyətinə düşmək şansını dəyərləndirib.
Teleqraf “Esporte Record” nəşrinə istinadən xəbər verir ki, mütəxəssis tez-tez zədə alan 33 yaşlı futbolçunu yığmaya çağırmağa hazır olacağını açıqlayıb.
“Onun 100 faiz hazır olması lazımdır. Çox yaxşı futbolçularımız var və mən yalnız 100 faiz hazır olanları seçməliyəm. Bu, təkcə Neymarla bağlı deyil, Vinisiusa da aid ola bilər. Əgər Vinisius 90 faiz hazır olarsa, mən 100 faiz hazır olan başqa bir futbolçunu çağıracağam. Çünki bu komandanın səviyyəsi çox yüksəkdir, xüsusilə hücum xəttində. Bizim həqiqətən çox yaxşı hücumçularımız var. Mən Neymarı çox istedadlı hesab edirəm. Sadəcə zədələrə görə bəxti gətirməyib. Elə həmin zədələr səbəbindən o, optimal formaya çata bilməyib”, — deyə, Ançelotti bildirb.