AZ

"Neftçi"nin 33 mövsümlük seriyası qırıldı

"Neftçi"nin 33 mövsümdən sonra seriyası qırılıb.

"Football-plus.az" xəbər verir ki, "ağ-qaralar" tarixində ilk dəfə ölkə kubokunun 1/4 final mərhələsində iştirak etməyəcək.

1992-ci ildən keçirilən turnirin əvvəlki 33 mövsümündə səkkiz ən yaxşı sırasına düşən paytaxt təmsilçisinin əbədi seriyası sona çatıb.

Bu, cari mövsümün 1/8 final mərhələsində baş verib. Paytaxt təmsilçisi "Zirə" ilə matçın əlavə vaxtında uduzub – 0:1. Zirə İdman Kompleksinin stadionundakı qarşılaşmayadək "Neftçi" ölkə kubokunda həm bütün mövsümlərdə iştirak edən, həm də daim 1/4 finalda olan yeganə komanda idi.

Qeyd edək ki, "səkkizlik"də iştirak sayında 2-ci olan "Qarabağ" 26, 3-cü olan "Şamaxı" 19 dəfə bu mərhələdə iştirak edib.

Seçilən
73
50
football-plus.az

10Mənbələr