AZ

Milyarderin 27 mərtəbəli sarayı - İçində olmayan heç nə yoxdur (FOTOLAR)

Hindistanın Mumbai şəhərində yerləşən və ölkənin ən varlı iş adamı Mukeş Ambaniyə məxsus olan 27 mərtəbəli Antilia, 4,51 milyard dollarlıq dəyəri ilə dünyanın ən bahalı şəxsi yaşayış evi kimi tanınır.

"Unikal" xəbər verir ki, sosial şəbəkələrdə də tez-tez paylaşılan bu möhtəşəm bina təkcə qiyməti ilə deyil, qeyri-adi dizaynı və lüks detalları ilə də böyük maraq doğurur.

Dünyanın en sıradışı ve en pahalı evi gündem oldu! İçinde yok yok

Asiyanın ən zəngin iş adamı Ambaninin 130 metr hündürlüyündə olan mülkü tam 27 mərtəbədən ibarətdir. Təxminən 400 min kvadratmetrlik ərazini əhatə edən Antilia, yalnız bir ailə üçün nəzərdə tutulsa da, demək olar ki, kiçik bir şəhər ölçüsünə bərabərdir.

50 nəfərlik kino zalı, spa, hovuz və daha nələr

Antilia lüksü ilə diqqət çəkir. Evdə xüsusi ibadət otağı, 50 nəfərlik kino zalı, spa mərkəzi, üzgüçülük hovuzu və doqquz sürətli lift mövcuddur. Bütün bu məkanlar ailəyə maksimum rahatlıq və dəbdəbə təqdim etmək üçün hazırlanıb.

Dünyanın en sıradışı ve en pahalı evi gündem oldu! İçinde yok yok

Süni qar otağı – Mumbai kimi isti şəhərdə

Mülkün ən qeyri-adi hissələrindən biri isə qar otağıdır. Tarix boyu temperaturu 7,4°C-dən aşağı düşməyən Mumbaidə bu otağın divarlarından süni qar yağdırılır. Ambani ailəsi üçün sərinləmə və fərqli təcrübə yaşamaq məqsədi ilə dizayn edilən bu məkan Antilianın ən maraqlı bölmələrindən hesab olunur.

Dünyanın en sıradışı ve en pahalı evi gündem oldu! İçinde yok yok

Üç helikopter meydançası və 168 maşınlıq qaraj

Binanın altı mərtəbəsi yalnız qaraja ayrılıb və burada 168 avtomobil üçün yer var. Bundan əlavə, üç helikopter meydançası ailəyə sürətli və rahat nəqliyyat imkanı yaradır.

Dünyanın en sıradışı ve en pahalı evi gündem oldu! İçinde yok yok

Bina Babilin Asma Bağçalarından ilhamlanıb

Antilianın çoxmərtəbəli bağçaları məşhur Babilin Asma Bağçalarından ilhamlanaraq hazırlanıb. Bu yaşıl zonalar binanın özünəməxsus ekosistem kimi fəaliyyət göstərməsinə şərait yaradır.

Dünyanın en sıradışı ve en pahalı evi gündem oldu! İçinde yok yok

600 nəfərlik xidmət heyəti

Təxminən 600 tam ştatlı işçi evin idarə olunması və gündəlik xidmətlərin göstərilməsi ilə məşğuldur.

Dünyanın en sıradışı ve en pahalı evi gündem oldu! İçinde yok yok

Nəhəng mülkdə cəmi 5 nəfər yaşayır

Bu möhtəşəm binada Mukeş Ambani, həyat yoldaşı və üç övladı yaşayır. Antilia, yalnız bir yaşayış yeri deyil, dünyanın ən qeyri-adi və ən bahalı şəxsi mülklərindən biri kimi qəbul edilir.

Gülayə Mecid 

Seçilən
139
50
unikal.az

10Mənbələr