AZ

Ərdoğan gələn həftə Türkmənistana səfər edəcək

Yazını böyüt
Yazını kiçilt

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan gələn həftə Türkmənistana dövlət səfəri edəcək.

Hafta.az-ın yazdığına görə, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar İstanbulda jurnalistlərlə görüşündə bildirib.

"Gələn həftə prezident Ərdoğanla birlikdə Aşqabada gedəcəyik... Bu, dövlət səfəri olacaq", - TASS Bayraktarın sözlərini sitat gətirib.

Nazirin sözlərinə görə, səfər çərçivəsində təbii qaz təchizatı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq. Bayraktar qeyd edib ki, Türkmənistandan qaz təchizatının başlanması həm Türkiyə, həm də Avropa bazarları üçün vacib xəbərdir, çünki Türkmənistan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya çatdırılması üçün əhəmiyyətli potensial mövcuddur.

Seçilən
111
50
hafta.az

10Mənbələr