Premyer Liqanın XIV turunda "Sabah" "Neftçi"yə qalib gəlib.
Sportinfo.az xəbər verir ki, "Bank Respublika Arena"da keçirilən oyunda ev sahibləri 2:0 hesablı qələbəyə seviniblər.
Qolları Akim Zedadka (58) və Coy-Lens Mikels (77) vurublar.
Bu qələbə ilə xallarının sayını 28-ə çatdıran "Sabah" turnir cədvəlində ikinci sıraya yüksəlib. "Neftçi" isə 16 xalla səkkizinci sırada qalıb.