AZ

FHN: Yağıntılı hava ilə bağlı əhaliyə xəbərdarlıq

Fövqəladə Hallar Nazirliyi (FHN) yağıntılı hava şəraiti ilə bağlı əhaliyə müraciət edib.

Milli Hidrometeorologiya Xidmətinin  məlumatına görə, ölkə ərazisində müşahidə olunan yağıntılı hava dekabrın 11-i gündüzədək davam edəcək.

Doğru.az xəbər verir ki, yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, bəzi ərazilərdə subasmanın, çaylarda isə qısamüddətli sel və daşqının baş verəcəyi proqnozlaşdırılır.

FHN əhalini təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Müraciətdə bildirilir:

“İntensiv yağıntının səbəb ola biləcəyi subasma, sel və daşqından qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durun, belə vəziyyətlə qarşılaşdıqda dərhal yaxınlıqdakı yüksəkliyə qalxın və xilasedicilərin çağırışlarına əməl edin. Təhlükə zamanı 112-yə zəng etmək lazımdır”.

DOĞRU.AZ

 

Seçilən
2
44
dogru.az

10Mənbələr