AZ

Gəncədə zəhərlənmə hadisəsi baş verib

Gəncədə zəhərlənmə hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü R.Paşayeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb. Qadına tibbi yadım göstərilib, hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, 39 yaşlı qadın yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
22
16
ikisahil.az

10Mənbələr