Ajans.az-ın məlumatına görə, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü R.Paşayeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb. Qadına yadım edilib, hazırda vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, 39 yaşlı qadın yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib. Faktla bağlı araşdırma aparılır.