AZ

FIFA Argentinanı 2026-cı il dünya çempionatından kənarlaşdıra bilər

Bakı, 14 dekabr, AZƏRTAC

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) Argentina milli komandasını 2026-cı il dünya çempionatından kənarlaşdıra bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə “El Nacional” nəşri məlumat yayıb.

Bildirilir ki, Argentina Futbol Assosiasiyasında (AFA) baş verən korrupsiya qalmaqalı səbəbindən Argentina milli komandasına qarşı sanksiyalar tətbiq oluna bilər. Qurumun rəhbəri Klaudio Tapia qanunsuz varlanmaqda şübhəli bilinir. Onun bir neçə tabeliyində olan şəxs də eyni ittihamlarla araşdırılır.

Seçilən
69
10
azertag.az

10Mənbələr