Azərbaycan Basketbol Liqasında bu gün IX tura yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, turun son günündə bir qarşılaşma keçiriləcək.
"Abşeron Lions" "Neftçi"ni qəbul edəcək. A qrupunun matçı "Sərhədçi" İdman Mərkəzində keçiriləcək və saat 16:00-da başlayacaq.
"Abşeron Lions" hazırda 15 xalla qrup ikincisidir. 9 xala malik "Neftçi" 4-cü yerdədir.
Qeyd edək ki, turun əvvəlki qarşılaşmalarında "Quba" "Lənkəran"ı (95:87), "Naxçıvan" "Sərhədçi"ni (90:74), "Ordu" "Sumqayıt"ı (106:86), NTD isə "Şəki"ni (93:79) məğlub edib. “Sabah” və “Gəncə” arasındakı oyun isə təxirə salınıb.
ABL
IX tur
14 dekabr
16:00. Abşeron Lions – Neftçi
Bakı. “Sərhədçi” İdman Kompleksi.
A qrupu
1. Sabah 8 8 0 +194 16
2. Abşeron Lions 8 7 1 +79 15
3. Gəncə 8 4 4 -28 12
4. Şəki 8 2 6 -104 10
5. NTD 9 1 8 -162 10
6. Neftçi 7 2 5 +21 9
B qrupu
1. Ordu 9 9 0 +195 18
2. Naxçıvan 9 7 2 +44 16
3. Quba 9 4 5 -13 13
4. Lənkəran 9 3 6 -26 12
5. Sərhədçi 9 2 7 -84 11
6. Sumqayıt 9 2 7 -116 11