AZ

Goranboyda 14 yaşlı yeniyetməni maşın vurdu

Goranboyda piyada yol qəzasında xəsarət alıb.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Balakürd kəndi ərazisində  qeydə alınıb. Belə ki Naftalan şəhər sakini 1941-ci il təvəllüdlü Ə.Aslanov idarə etdiyi avtomobil ilə hərəkətdə olan zaman yolu keçmək istəyən rayon sakini - 2011-ci il təvəllüdlü A.Əsədovanı vurub.

Piyada xəstəxanaya yerləşdirilib,onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisə yerinə polis  əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Seçilən
125
31
unikal.az

10Mənbələr