Yevlaxda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hadisə Hacıselli kəndi yaxınlığından keçən magistral yolda qeydə alınıb. Belə ki, idarəetmədən çıxan "Şəfa" broyler toyuqlarını daşıyan yük maşını, həmçinin "Opel" və "Mercedes" markalı avtomobillər toqquşub.
Hər üç nəqliyyat vasitəsi aşıb. yükü ətrafa səpələnib. Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov