AZ

Yevlaxda yola səpələnmiş peyin zəncirvari qəzaya səbəb oldu

Yevlaxda zəncirvari yol qəzası baş verib.

"Unikal"ın məlumatına görə, hadisə Mingəçevir-Xaldan şossesində qeydə alınıb. Biri Hunday markalı olmaqla 3 minik avtomobili biri birinə çırpılıb. Qəza nəticəsində yolda nəqliyyatın hərəkətinə qısa müddətli tıxac yaranıb. Avtomobillər ciddi zərər görüb, xəsarət olub olmadığı dəqiqləşdirilir.

Məlumata görə, qəzaya səbəb yola səpələnmiş peyinin yaratdığı sürüşkənlik olub. Hətta müəyyən saat fərqi ilə eyni ərazidə iki avtomobilin iştirakı ilə daha bir qəzanın baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Seçilən
73
19
unikal.az

10Mənbələr