AZ

Növbəti köç karvanı Cəbrayılın Horovlu kəndinə çatıb - YENİLƏNİB

Növbəti köç karvanı Cəbrayıl rayonunun Horovlu kəndinə çatıb.

APA xəbər verir ki, bu mərhələdə Horovlu kəndinə 22 ailə (85 nəfər) köçürülüb.

***

06.30

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

APA xəbər verir ki, bu gün Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salınıb.

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Cəbrayıl rayonunun Horovlu kəndinə 22 ailə (85 nəfər) köçürülüb.

Bu günə qədər sözügedən əraziyə cəmi 172 ailə (692 nəfər) köçürülüb.

Beləliklə, 15.12.2025-ci il tarixindəki köç də nəzərə alınmaqla ümumilikdə 10 rayonun 30 yaşayış məntəqəsində 5993 ailə (23 860 nəfər) məskunlaşmış olacaq.

Növbəti Növbəti Növbəti
Seçilən
25
5
apa.az

10Mənbələr