AZ

Ombudsmanın nümayəndələri Suriyadan repatriasiya edilmiş qadın və uşaqlarla görüşüb

Bakı. Trend:

Ombudsman Aparatının əməkdaşları 2025-ci il 5 dekabr tarixindəSuriya Ərəb Respublikasından ölkəmizə repatriasiyası həyatakeçirilmiş Azərbaycan Respublikası vətəndaşları ilə görüşkeçirib.

Bu barədə Trend-ə Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrəMüvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən xarici ölkədə çətinhəyat şəraitində yaşayan vətəndaşlarımızın repatriasiyası, həmçininonların hüquq və azadlıqlarının təmin olunması məsələləri diqqətdəsaxlanılır.

Repatriasiya edilmiş və Əmək və Əhalinin Sosial MüdafiəsiNazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiqsosial xidmət müəssisəsinə yerləşdirilmiş 1 qadın və 3 uşaqlakeçirilən görüş zamanı onların hüquqlarının təmin olunmasıvəziyyəti araşdırılıb. Müəssisə rəhbəri və əməkdaşları tərəfindəntəsisatın nümayəndələrinə repatriantlara göstərilən sosialxidmətlər barədə məlumat verilib.

Görüş çərçivəsində uşaqların şəxsiyyətini təsdiq edən sənədlər,təhsil hüququnun təmini, qadının təhsilinin bərpası ilə bağlıçətinliklərin mövcud olduğu müəyyən edilib, repatriantlarahüquqlarının müdafiəsi və cəmiyyətə inteqrasiyası istiqamətindətövsiyələr verilib. Bununla yanaşı, repatriantlara Müvəkkilinmandatı, Ombudsmana müraciət imkanları barədə geniş məlumatverilib.

Məqalədə:
Seçilən
70
13
az.trend.az

10Mənbələr