AZ

Balakəndə AĞIR QƏZA: 4 yaralı var

Balakənin Talalar kəndi ərazisində iki avtomobil toqquşub.

Bizim.Media-nın  yerli bürosunun məlumatına görə, hərəkətdə olan “VAZ 2106” və “VAZ 21015” markalı iki minik avtomobili toqquşub.

Qəza nəticəsində hər iki avtomobildə olan 4 nəfər müxtəlif dərəcəli xəsarət alıblar.
 

Yaralılar Təcili tibbi yardım briqadasının köməyi ilə Balakən rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.


Fakt araşdırılır.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Seçilən
139
34
bizim.media

10Mənbələr