AZ

Nərmin Kərimbəyovadan Yeni il sürprizi – “Yeni il gəldi” fərqli tərzdə – FOTO/VİDEO 

Müğənni Nərmin Kərimbəyova Yeni il ərəfəsində yeni layihəsini təqdim edib.

Doğru.az xəbər verir ki, sənətçi sevənlərini uşaqlıq illərinə apararaq onlara kiçik sürpriz edib.

Belə ki, Nərmin məşhur “Yeni il gəldi” nəğməsinə fərqli nəfəs verib. Layihə müğənninin rəsmi YouTube kanalında “online”dır. Duet ortağı bəstəkar və müğənni Səfər Zaman olub.

Sevənlərinə nostalji yaşatmaq istəyən Nərmin köhnə nəğmənin bu tərzdə də seviləcəyinə əmindir. Qeyd edək ki, mahnının sözləri Hikmət Ziya, musiqisi isə Musa Mirzəyevə aiddir, yeni üslubun hazırlanması isə Rasim Əsgərov və Dahinə həvalə olunub.

DOĞRU.AZ

 

image-img_9125

Seçilən
43
49
dogru.az

10Mənbələr