ain.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Milli.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, dekabrın 16-dan 17-nə keçən gecə bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi axşam cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 3 dərəcədən 6 dərəcəyədək, gündüz 7 dərəcədən 10 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi şərq rayonlarında leysan xarakterli olacağı ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək, gündüz 7 dərəcədən 10 dərəcəyədək, dağlarda gecə 3 dərəcədən 8 dərəcəyədək şaxta, yüksək dağlıq ərazilərdə 10 dərəcədən 14 dərəcəyədək şaxta, gündüz 0 dərəcədən 5 dərəcəyədək şaxta olacaq.
Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlaması ehtimalı var.
Milli.Az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.