AZ

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb - YENİLƏNİB

Növbəti
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Xocavənd rayonunun Sos kəndinə növbəti köç prosesi gerçəkləşib. Yola salınan ailələr doğma yurdlarına qovuşublar. 1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, Sos kəndi bugün 21 ailə olmaqla, ümumilikdə 94 nəfərə qucaq açıb. Yaşayış məntəqəsində sakinlərin məskunlaşmaları üçün lazımi şərait yaradılıb. Yollar abadlaşdırılıb, evlər və kommunikasiya infrastrukturu bərpa edilib.
Kəndə qədəm qoyan ailələr doğma yurda qovuşmağı sevinc göz yaşları ilə qarşılayıb və yaradılan gözəlliyi seyr ediblər. Sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə edib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər. *** 09:03 Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir. 1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu mərhələdə Xocavəndin Sos kəndinə 21 ailə - 94 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər. Xocavəndin Sos kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Seçilən
19
44
1news.az

10Mənbələr