AZ

"Ukrayna NATO-ya üzvü olmamalıdır" - Avropa

Ukrayna nə Avropa İttifaqının, nə də NATO-nun üzvü olmamalıdır.

Redaktor.az xəbər verir ki, bu barədə Niderlandın ifrat sağçı Azadlıq Partiyasının (PVV) lideri Gert Vilders sosial şəbəkə X-də paylaşım edib.

Onun sözlərinə görə, Niderland hökuməti milyardlarla vəsaiti Kiyevə deyil, öz xalqına xərcləməlidir. Vilders bildirib ki, Ukrayna prezidenti Volodimir Zelenskinin Niderland parlamentinin Nümayəndələr Palatasında (parlamentin aşağı palatası) qəbul olunmasına baxmayaraq, Ukraynanın Aİ və NATO-ya üzvlüyü qətiyyən mümkün olmamalıdır.

“Zelenskini Nümayəndələr Palatasında görmək olar, amma Ukrayna heç bir halda Avropa İttifaqının və ya NATO-nun üzvü olmamalıdır”, – deyə o vurğulayıb.

Siyasətçi əlavə edib ki, artıq digər dövlətlər Ukraynaya maliyyə dəstəyi göstərməlidir. “Niderland indiyədək inanılmaz dərəcədə çox milyardlar xərcləyib”, – deyə Vilders qeyd edib.

Nuriyyə NATİQQIZI

Seçilən
101
50
redaktor.az

10Mənbələr