AZ

Komitə sədri: Dövlət üçün əhəmiyyətli vətəndaşın sağlamlığıdır

BAKI, 16 dekabr. TELEQRAF

Bütövlükdə siqaret bazarına münasibətdə dövlət fiskal maraqlar güdmür. Bu seqment tamamilə qadağan edildikdən sonra həm idxal rüsumlarından, həm aksizlərdən, eyni zamanda əlavə dəyər vergisindən dövlət bir növ imtina etmiş olur. Bu da büdcə üçün itkilərdir. Yəni tərəzinin gözünə qoyanda büdcə itkiləri, büdcə vəsaitləri, yoxsa əhalinin sağlamlığı? Təbii ki, dövlətimizin ümumi siyasəti vətəndaşa yönəlikdir. Bu baxımdan burada həm də dövlətimizin indiyə kimi əsas götürdüyü dəyərlər, prinsiplər olduqca önəmlidir.
Teleqraf xəbər verir ki, bunu Milli Məclisdə 3 komitənin birgə iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, deputat Azər Əmiraslanov deyib.

O qeyd edib ki, elektron siqaretlər idxala əsaslanır və bunun yerli istehsalı yoxdur: "Bir tərəfdən vətəndaşımız üçün, gənclərimiz üçün ziyanlıdır. İkinci bir tərəfdən də biz sanki bu məhsulların istehsalçısı olan xarici ölkələri maliyyələşdirmiş oluruq. Yəni bunun bəlli bir məbləğdə idxalı var. O baxımdan bunun həm də indiki şəraitdə iqtisadiyyatımız üçün bunun müsbət tərəflərini qeyd edə bilərik. Qadağalar varsa da, qara bazar, qaçaqmalçılıq, hansısa bir şəkildə bu cür məhsullara əlçatanlığın təmin edilməsi halları da müşahidə oluna bilər. Sonrakı mərhələdə biz hesab edirik ki, məhz bu qara bazarın formalaşmasına qarşı ciddi mübarizə tədbirləri aparılmalıdır. Hətta elektron siqaretlər rəsmi olaraq, yəni qadağan olunmadığı bir şəraitdə də bu istiqamətdə biz o cəhdləri görürük və bu cəhdlərin qarşısı alınmaqdadır".

Seçilən
27
2
teleqraf.com

10Mənbələr