AZ

“Babək qalası“ adlandırılan QƏDİM TİKİLİDƏ arxeoloji qazıntı işləri aparılacaq? VİDEO

ain.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Lənkəranın Bəlləbur kəndində IX əsrə aid Babəkin müdafiə qalasında orta əsrlərə aid mis və qızıl sikkələr tapılıb.

Lakin buranın daha dərindən öyrənilməsi üçün qazıntı işlərinə ehtiyac var.

Tarix-mədəniyyət abidələri üzrə baş mütəxəssis Rauf Salayev bildirib ki, qalada arxeoloji tədqiqatlar aparılacaq.

O bildirib ki, buranın yolunun bərpa edilməsi arxeoloji qazıntıların daha asan aparılmasını təmin edəcək.

Bu, həm də qalaya gələn turist və qonaqların da daha rahat oraya daxil olmasını təmin edə bilər.

Daha ətraflı Azərbaycan Televiziyasının (AzTV) videomaterialında:

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
48
28
moderator.az

10Mənbələr