AZ

AQTA: Qida məhsullarının etiketində allergenlər mütləq qeyd edilməlidir

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 17 dekabr, AZƏRTAC

“Qida təhlükəsizliyi haqqında” Qanunun 17-ci maddəsinə əsasən, istehlakçıya qida məhsullarının adı, qida və enerji dəyəri, tərkibi, miqdarı, keyfiyyət göstəriciləri, istehsal tarixi, yararlılıq müddəti, saxlanma şəraiti, habelə tərkibindəki allergenlər barədə dolğun məlumatlar verilməlidir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, məhsulların etiketlənməsi aydın, dəqiq və istehlakçılar üçün tam başa düşülən formada həyata keçirilməlidir.

Qida məhsullarının tərkibində istifadə olunduğu halda allergen maddələr etiketdə mütləq qeyd edilməlidir. Həmin allergenlərə qlüten ehtiva edən taxıllar, xərçəngkimilər, molyusklar, yumurta, balıq, yer fındığı, soya, süd və süd məhsulları və digərləri daxildir.

Qida məhsullarında allergenlərin qeyd olunmasının əsas məqsədi istehlakçıların məlumatlı və təhlükəsiz seçim etməsini təmin etmək, eləcə də qida allergiyaları ilə bağlı yarana biləcək sağlamlıq risklərinin qarşısını almaqdır.

“AQTA istehlakçı hüquqlarının qorunması və ictimai sağlamlığın təmin edilməsi məqsədilə məhsul tərkibi barədə dürüst, tam və şəffaf məlumatın təqdim olunmasına nəzarəti, eləcə də maarifləndirmə tədbirlərini ardıcıl şəkildə davam etdirir”, - deyə məlumatda vurğulanıb.

-1 / 4

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
58
2
azertag.az

10Mənbələr