AZ

Sosial şəbəkələrdə gündəm olan velosipedçilər DANIŞDIVİDEO

Sürətlə dar küçələrdən və pilləkanlardan enib qalxırlar,hər kəs onları həm həyacanla, həm də narahatlıqla izləyir. Kimisi ekstrim, kimisi hobbi, kimisi isə təhlükəli manevr kimi qiymətləndirir.

Dağ velososipedi idmanın “enduro” növü ilə məşğul olan yeniyetmələrlə elə görüntülərin yayıldığı ərazidə Bayılda, Əlibəyov qardaşları ünvanında görüşdük.

Xezerxeber.az xəbər verir ki, onlar üç dostdur, kimisi 7, kimi 8, kimi 4 ildir  artıq idmanın bu növü ilə məşğul olduğunu fəxrlə deyir. Asudə vaxtlarını  birlikdə keçirdiklərini dilə gətirirlər.

Təhlükəli halla qarşılaşacağınız tədqirdə vəziyyətdən necə çıxırsız sualını isə hər kəs özünəməxsus cavablandırır.

Hər üç müsahib dərslərini yaxşı oxuyur. Deyirlər ki, velosipedə olan bu sevgi onların idman sahəsində gələcək karyeralarının başlanğıcıdır. Hər üçü idmanın bu növü üzrə peşəkar  təhsil almaq  üçün Avropaya üz tutacaqlarını dilə gətirir. Onların yeganə narahatlığı məşq üçün şəhərdə uyğun ərazilərin olmamasıdır.

Azərbaycan Velosiped İdman Federasiyasının məşqçisi Səhər Mehman  "Xəzər Xəbər"ə müsahibəsində qeyd edib ki,sosial şəbəkələrdə yayılan görüntülər  insanlarda təşvişə səbəb olsa da, idmanın bu növünə yeniyetmələr arasında böyük həvəs var.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.  

Seçilən
122
38
xezerxeber.az

10Mənbələr