AZ

“Traktor” 1/8 finala vəsiqəni penaltilər seriyasında qazandı – ARENA.AZ

Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran Kubokunun 2025/2026-cı illər mövsümündə növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Təbriz klubu 1/16 final mərhələsi çərçivəsində “Persepolis”lə qarşılaşıb.

Xorvatiyalı Draqan Skoçiçin çalışdırdığı kollektiv bu rəqiblə doğma meydanda üz-üzə gəlib. “Traktorçular” əsas vaxtı 1:1 hesabıyla başa çatmış bu görüşün penaltilər seriyasında qələbəyə seviniblər. 56-cı dəqiqədə Mehdi Torabi təbrizliləri hesabda önə keçirsə də, 90+5-ci dəqiqədə buraxılmış qol bu komandanın sevincini bir qədər ertələyib. Əlavə yarım saatda Təbriz klubu azlıqda qalıb. Buna baxmayaraq, oyun penaltilər seriyasına qədər uzanıb. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirmiş Cənubi Azərbaycan nəhəngi çətinliklə də olsa, 1/8 finala yüksəlib – 8:7.

Qeyd edək ki, ötən mövsümü tarixində ilk dəfə İran çempionu kimi başa vurmuş “Traktor” növbəti oyununu Asiya Çempionlar Liqasında Qətərin “Əl-Dühail” komandasına qarşı keçirəcək. Bu oyun 22 dekabrda baş tutacaq.

Seçilən
39
9
arena.az

10Mənbələr