AZ

Goranboyda yük maşınları toqquşub, xəsarət alan var VİDEO YENİLƏNİB

ain.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Goranboy rayonu, Goran qəsəbəsi ərazisində, Bakı-Qazax avtomobil yolunun 318-ci kilometrliyində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.APA FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Aran Regional Mərkəzinin xilasediciləri cəlb edilib.Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “FORD” və “KAMAZ” markalı yük avtomobillərinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və “FORD” markalı avtomobilin sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.Xilasedicilər xüsusi vasitələrin köməyi ilə sürücü, 1990-cı il təvəllüdlü Cəfərov Arzu Qərib oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

***

10.47

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralında qeydə alınıb. "Ford" markalı yük maşını "KaMAZ "markalı yük avtomobilinə arxadan çırpılıb. Hadisə yerinə FHN-nin Aran Regional Mərkəzinin Xususi Xilasetmə Hissəsinin xilasediciləri cəlb edilib. Avtmobildə sıxılmış vəziyyətdə qalmış "Ford"un sürücüsü 1990-cı il təvəllüdlü A.Cəfərov xilasedicilər tərəfindən xilas edilərək xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
10
apa.az

10Mənbələr