AZ

"Koroğlu" tankerinin təmiri bitdi - Türkmənistana səfər etdi

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə (ASCO) məxsus "Koroğlu" tankeri təmirdən sonra yenidən istismara qaytarılıb və onun ilk səfəri Türkmənistanın Kiyanlı limanına olub.

ASCO-dan Bakıvaxtı.az-a bildirilib ki, Dəniz Nəqliyyatı Donanmasının tərkibində istismar olunan tanker üzrə təmir işləri "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunda aparılıb.

"Qısa müddətdə həyata keçirilən təmir çərçivəsində tankerin sualtı və suüstü hissələri, maşın şöbəsindəki mexanizmlər, gəminin baş göyərtəsi təmizlənərək rənglənib. Gəmi üzrə klapanların təmiri və ağac emalı işləri görülüb.

Bundan başqa, tankerdə gövdə-qaynaq, elektrik-quraşdırma işləri yerinə yetirilib. Həmçinin gəmi heyətinin yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində yenilənib", - məlumatda qeyd olunur.

Uzunluğu 149,9 metr, eni 17,3 metr, sürəti 12 uzel olan gəmi 13 min ton yükdaşıma qabiliyyətinə malikdir.

Seçilən
62
10
bakivaxti.az

10Mənbələr