AZ

Sumqayıt Texniki Kollecinin direktoru vəzifəsindən azad olundu

Sumqayıt Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecinin direktoru Piriquliyeva Mətanət Səfər qızı vəzifəsindən azad olunub.

KONKRET.az eramedia-ya istinadən xəbər verir ki, bununla bağlı məlumatı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin mətbuat xidməti təsdiqləyib.

Qeyd edək ki, Pirquliyeva Mətanət Səfər qızı 1963-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Aralıq kəndində anadan olub.

2004-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin sərəncamı ilə Sumqayıt Dövlət Texniki Kollecinin direktoru təyin edilmişdir.

Seçilən
81
7
konkret.az

10Mənbələr